Milli Məclisin deputatı, Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov 25 milyonluq mülkü barədə yayılan xəbərlərə münasibət bildirib.

Eldar İbrahimov Unikal.org-a açıqlamasında bu xəbərlərin yalan olduğunu bildirib:

"O xəbərləri kimsə kimisə öyrədib yazdırıb. Mənim o qədər pulum olsa, Naxçıvanda tikərdim. Mənim nə işim var İsmayıllıda? Mən maraqlandım bu məsələylə, konkret cavab verən olmadı. Bu məsələ yalandır. Bilmirəm ki, bu məsələ niyə, necə yayılıb. Mənim oğlum da orda işləmir. Mənə deyəndə dedim ki, boş şeydir.

Məsələni eşidəndə, hələ dedim ki, qiyməti az göstərmisiz, bəlkə, obyektin qiyməti 500 milyondur?"