“Azərbaycana, qardaşlarımıza bu çətin mübarizə günlərində bizimlə bərabər olduqları üçün minnətdarıq. Bir neçə gündür Azərbaycanın Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyevlə birlikdəyik. FHN əməkdaşları ilə yanğın ərazilərində qarşılaşırıq. Onlar bədənləri, canları, ruhları ilə bu işin içindədirlər”.

Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqlayıb.

“Ötən gün dedikləri bir söz əslində hər şeyi ifadə edir. Ötən gün koordinasiya iclasında Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev dedi ki, yanan hər ağac Azərbaycanda yaşayan hər kəsin ciyərini yandırır. Yəni eyni duyğunu yaşayırıq”, - deyə nazir bildirib.