Ucarda baş verən qəzada 5 nəfər xəsarət alıb.

Unikal.org xəbər verir ki, hadisə bu gün günorta saatlarında Ucar rayonunun Bərküşad kəndində baş verib.

"VAZ 21011" markalı minik avtomobili ilə "Mercedes Vito" markalı mikroavtobus toqquşub. Nəticədə Ucar rayon sakinləri - 1959-cu il təvəllüdlü Xankişi Sərxan oğlu Fərzalıyev, 1980 -cı il təvəllüdlü Çingiz Dadaş oğlu Məhərrəmov, 1956-cı il təvəllüdlü Qətibə Qüddəsər qızı Məhərrəmova, 2002-ci il təvəllüdlü Jalə Çingiz qızı Məhərrəmova və 1979-cu il təvəllüdlü Lalə Dadaş qızı Məhərrəmova müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.(apa.az)