"Azərbaycan beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində Gürcüstanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Tvitter” paylaşımında bildirilib.

Qeyd edilib ki, Azərbaycan-Gürcüstan münasibətləri beynəlxalq hüququn əsas prinsiplərinə hörmətə və sadiqliyə əsaslanan strateji tərəfdaşlıqdan ibarətdir.