Ermənistanda Rusiya hərbçiləri qəzaya düşüb, 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Unikal.org 
“RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 07.00 radələrində Gümrü-Yerevan magistralında, Talin yaşayış məntəqəsi yaxınlığında baş verib.
Müqavilə əsasında Gümrüdəki Rusiya hərbi bazasında xidmət edən hərbçi idarəetməni itirib və minik avtomobili dərəyə düşüb.
Nəticədə avtomobildə olan hərbçilərdən biri ölüb, 4-ü orta dərəcəli xəsarət alıb.