Cəlilabad rayonunun Pərdi kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları ev əşyaları ilə birgə yanıb.

Unikal.org xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.