Türkiyədə Dalaman hava limanı yaxınlığında yeni meşə yanğını ocağı meydana gəlib.

Unikal.org xəbər verir ki, Muğla vilayətindəki şəhər aeroportunun uçuş-eniş zolağından 400-500 metr məsafədə yerləşən meşə zolağında baş verən yanğın hava limanının fəaliyyətinə təsir etməyib.

Hazırda yanğının lokallaşdırılması üçün qurudan və havadan müvafiq tədbirlər həyata keçirilir.