Avqust ayının 9-da ABŞ ordusunun Müdafiə Nazirliyi tərəfindən elan edilən qərar, Cozef  Bayden tərəfindən təsdiq edilib. 

 Unikal.org "Guardian"a istinadən xəbər verir ki, qərara əsasən, ABŞ ordusunun peyvənd olunması üçün 15 sentyabra qədər vaxt qoyulub.  

"Bu milləti müdafiə etmək üçün sağlam və hazır bir qüvvəyə ehtiyacımız var. MN bütün hərbi və mülki işçilərini indi peyvənd almağa şiddətlə çağırıram. 
FDA tərəfindən icazə verilən bütün Covid-19 peyvəndləri təhlükəsiz və yüksək təsirlidir. Sizi və ailənizi qoruyacaq. Eləcə də dünyanın ən ölümcül və hazır qüvvəsi olaraq qalmağımızı təmin edəcək. 

"Peyvəndlər bizi koronavirusdan qorumaq üçün ən yaxşı vasitədir. Peyvənd vurdursanız, təşəkkür edirəm. Hələ etməmisinizsə ... özünüzü və ətrafınızdakıları qorumaq üçün bunu edin", - deyə MN-in katibi Loyd Austin bildirib. 

Ağarza Elçinoğlu