Rusiyada son sutka ərzində daha 21 378 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Unikal.org "RIA Novosti"-yə istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların sayı 6 491 288 nəfərə çatıb.

Son sutka ərzində ölkədə 792 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə Rusiyada koronavirusdan ölənlərin sayı 166 442 nəfərə çatıb.