Hindistanda ölkə əhalisinin ən sıx məskunlaşdığı əyalətdə Qanq çayının səviyyəni aşması nəticəsində çay boyu kəndlərdən minlərlə hindistanlı xilas edilib.

Unikal.org xəbər verir ki, günlərdir yağan yağışlardan sonra onilliklər ərzində ən pis selini görən  Allahabad şəhərində su səviyyəsi normadan iki metr qalxıb.

Uttar Pradeş əyalətində 600-dən çox kənd yolu daşqın səviyyəsində bağlanıb. Bu da səlahiyyətlilər tərəfindən  xilasetmə işinə böyük mane olub.

Bildirilib ki, evlərin damlarında və üst mərtəbələrində sıxışan insanlara kömək etmək üçün 225 qayıq göndərilib.

Şəhər və ətraf rayonlarda 4 min 500 adamın xilas edilib. 

Ağarza Elçinoğlu