Ukrayna hakimiyyəti Belarusdan qeyri-qanuni miqrant axını fonunda Litvanın dövlət sərhədini təchiz etmək üçün humanitar yardım olaraq 38 tondan çox tikanlı məftil göndərib.

Unikal.org xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidmətindən bildirilib. 

"Bu gün, avqustun 12-də Ukraynadan Litvaya 38 tondan çox humanitar yardım göndərildi. Bu, Ukrayna prezidenti Vladimir Zelenskinin fərmanı və Nazirlər Kabinetinin qərarına əsasən göndərilən üç yardım mərhələsindən birincisidir", - deyə səlahiyyətlilər bildirib. 

Bəyanatda deyilir ki, yardım Litva sərhədlərinin miqrantlardan qorunmasını gücləndirəcək.

Qeyd edək ki, Litva hakimiyyəti Belarusun miqrantların qəsdən Litvaya keçməsinə icazə verdiyini söyləyir. Minsk bu ittihamları rədd edib. 

Ağarza Elçinoğlu