Əfqanıstan hökuməti "Taliban" terror qruplaşmasına dövlətin idarəsində iştirak etməyi təklif edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Əfqanıstan hökumətinin şərtinə əsasən, "Taliban" hərəkatı zorakılığı dayandırdığı halda dövlətin idarəsində iştirak edə bilər. 

Həmçinin qeyd olunur ki, bu təklif hazırda Əfqanıstan və sözügedən hərəkat arasında danışıqların getdiyi Qətər vasitəsilə qarşı tərəfə çatdırılıb.

Ağarza Elçinoğlu