Rusiya istehsalı olan məşhur cizgi filmi "Maşa və Ayı"nın son buraxılışında Azərbaycandan bəhs edilib. 

Unikal.org xəbər verir ki, "Maşa və Ayı" animasiyasının sözügedən bölümü Azərbaycanın "Cırtdan" xalq nağılı əsasında hazırlanıb. 

Cizgi filmində Azərbaycana məxsus olan atributlar, həmçinin milli mətbəxində olan təndir çörəyi, paxlava, şəkərbura, dolma göstərilib, o cümlədən məşhur "Cücələrim" mahnısı da səsləndirilib. 

Həmin görüntülər "YouTube"da 5 saata 100 minə yaxın baxış toplayıb.

Ağarza Elçinoğlu