Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) yeni prorektorlar təyin olunub

Unikal.org xəbər verir ki, bu barədə UNEC-in rektoru Ədalət Muradov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, universitetin Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Gəray Musayevi Tədris və təlim texnologiyaları üzrə, Təhsilin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin direktoru dosent Raqif Qasımovu isə Rəqəmsallaşma üzrə prorektor vəzifəsinə təyin edilib.