Fransa PSJ-sinin yeni transferi Lionel Messi futbol klubunda ilk məşqinə çıxıb.

Unikal.org xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabları paylaşım edib.

Əvvəlcə fərdi qaçışla kifayətlənən argentinalı futbolçu daha sonra komanda yoldaşlarına qoşulub.

Qeyd edək ki, İspaniya "Barselona"sından azad oyunçukimi PSJ-yə keçən 34 yaşlı forvard 2+1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, hazırda "Barselona"nın Messiyə 40 milyon dollardan çox borcu var.

Ağarza Elçinoğlu