Braziliyanın prezidenti Jair Bolsonaru qarşıdan gələn seçkilərdən əvvəl beynəlxalq ictimaiyyəti qorxuya salan açıqlamalar verib.  

Unikal.org xəbər verir ki, o, seçkilərdə uduzacağı təqdirdə nəticələri tanımayacağını söyləyib. Belə ki, "İkinci Tramp" kimi tanınan Jair Bolsonaru insanların diqqətini çəkmək üçün mitinqə tanklarla gəlib. 

Ölkədəki böhran və Covid-19 pandemiyasını idarə edə bilmədiyi üçün tənqid hədəfi olan Bolsonaru, ölkədə keçiriləcək rəqəmsal səsvermə sistemini pisləyib. Ölkə başçısı seçkilərin kağız bülleteniləri ilə keçirilməsini  tələb edib. Bəzi  siyasətçilər Braziliya üçündə bu halın yaşanacağını bildiriblər.

 Gülayə Mecid