"Taliban" terror təşkilatı və hökumət qüvvələri arasında gedən döyüşlər səbəbindən may ayından bəri Əfqanıstanda təxminən 390 min insan evini tərk etmək məcburiyyətində qalıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, təkcə son iki gündə ölkənin şimal vilayətlərində davam edən döyüşlərə görə 5800-ə qədər insan öz evini tərk edərək Kabilə gedib. 

Əksəriyyəti parklarda qalan bu insanların ərzaq və tibb ehtiyaclarının olduğunu bildirilib.

Həmçinin ölkə səlahiyyətlilərinin, eləcə də yüksək vəzifəli məmurların da ölkəni tərk etməsi faktları mövcuddur. 

Qeyd edək ki, "Taliban" bu gün ölkə paytaxtının 150 km-liyində yerləşən, həmçinin əsas yolun üzərində olan ikinci ən böyük şəhəri ələ keçirib. 

Ağarza Elçinoğlu