Türkiyə Silahlı Qüvvələri 4 terrorçunu zərərsizləşdirib.

Unikal.org  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi Tvitter hesabında yazıb.

“İraqın şimalında keçirilən “Pəncə-Şimşək” əməliyyatı nəticəsində 2 PKK terrorçusunu, "Sülh çeşməsi" və “Fərat qalxanı” bölgələrində isə 2 PKK/PYG terrorçusu məhv edilib”, - məlumatda bildirilib.