Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev “Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında” sərəncam imzalayıb. 

Unikal.org xəbər verir ki, sərəncam idmançıları və onların məşqçilərini Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədilə imzalanıb.
İkinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat;

Üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;

Komandanın baş məşqçisi-idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).

Milli Olimpiya Komitəsinin maliyyə idarəsi sərəncamdan irəli gələn məsələləri həll edəcək. 

Qeyd edək ki, bundan öncə Prezident İlham Əliyev sözügedən idmançılara mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalamışdı. Budəfəki sərəncam isə MOK-un mükafatını müəyyənləşdirir.