Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Unikal.org xəbər verir ki, bu barədə Vladimir Zelenski "Twitter"də paylaşım edib.

"Qara dəniz bölgəsində baş verən daşqınlar nəticəsində insan tələfatı və ciddi dağıntılarla əlaqədar Prezident Ərdoğana və dost Türkiyə xalqına səmimi qəlbdən başsağlığı verirəm. Təbii fəlakət nəticəsində doğmalarını itirmiş ailələrin dərdini bölüşür, zərərçəkənlərə şəfa diləyirəm", - Ukrayna Prezidenti qeyd edib.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da türkiyəli həmkarı Mövlud Çavuşoğluna başsağlığı verib.

"Türkiyədə baş verən daşqınlar nəticəsində insan tələfatı və dağıntılar xəbərindən dərindən kədərləndim. Qəlbim qurbanların ailələrinin yanındadır. Yaralıların tezliklə sağalmasını arzulayıram. Ukraynanın türk dostlarımız və müttəfiqlərimizə göstərdiyi dəstək və rəğbət sarsılmaz olaraq qalır", - XİN başçısı bildirib.

Xatırladaq ki, Türkiyənin şimalında baş verən daşqınlar nəticəsində ölənlərin sayı 44-ə çatıb, itkinlər var.