"Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra prezident Əşrəf Qani ölkəni tərk edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkəni tərk edən Ə.Qani Tacikistana üz tutub. Belə ki, prezident özəl təyyarəsinə minərkən görüntülənib. Həmin anları kadra alan şəxs isə ağlayaraq ölkə rəhbərini yola salıb.