ABŞ-ın dövlət katibi Entoni Blinken Əfqanıstandakı hadisələri şərh edərkən orada qarşıya qoyduqları hədəflərə nail olduqlarını bildirib. “Bizim məqsədimiz terror təhlükəsini aradan qaldırmaq idi, buna da nail olduq”,- deyən Blinken əlavə edib ki, Əfqan hökumətinə məxsus qüvvələr ölkəni “talib”lərdən qoruya bilməyiblər.

Unikal.org xəbər verir ki, ABŞ səfirliyinin əməkdaşlarının Kabili tərk etdiklərinə şərh verən Blinken bunun təhlükəsizlik naminə həyata keçirildiyini söyləyib. Onun sözlərinə görə, Kabildakı vəziyyət Sayqondakını (Vyetnam müharibəsini nəzərdə tutur – red.) xatırlatmır.

“Taliban”a bildirilib ki, əgər Amerika səfirliyinin əməkdaşlarının təxliyəsinə mane olsalar, cəld və qəti cavab veriləcək,- dövlət katibi əlavə edib.

Qeyd edək ki, Amerika səfirliyinin bütün əməkdaşları üç gün ərzində ölkədən çıxarılacaqlar.