Bu ilin yanvar-iyul aylarında Azərbaycanda cinayət törətmiş şəxslər arasında qadınların xüsusi çəkisi 5,8 faiz, 14-17 yaşda olan uşaqların xüsusi çəkisi isə 1,7 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən Unikal.org-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayət törədən 14-17 yaşda olan uşaqların sayı 18,7 faiz azalıb, qadınların sayında isə 23,5 faiz artım olub.