Vətən Müharibəsində məhv edilmiş erməni hərbi qulluqçuların cəsədlərinin axtarışı Cəbrayıl rayonunda davam etdirilib.

Unikal.org Ermənistan KİV-nə istinadən xəbər verir ki, axtarış işləri zamanı Cəbrayıldan daha 2 erməni hərbi qulluqçunun cəsədi tapılıb.

Onların kimliyi məhkəmə tibbi ekspertizasından sonra təsdiqlənəcək.

Qeyd edək ki, noyabrın 10-dan bu günə qədər azad edilən ərazilərdən 1636 erməni hərbi qulluqçunun cəsədi evakuasiya edilib.