Salyanda baş vermiş avtoqəzada sürücü ölüb.

Unikal.org xəbər verir ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Xıdırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Salyan şəhər sakini, 34 yaşlı Səfərov Əliağa Əbülfəz oğlunun idarə etdiyi "VAZ-21011" makalı avtomobil "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ 21011"-in sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.(apa.az)