Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 183 nəfər həyatını itirib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 294 561 nəfər test edilib, onların 21 692-nin koronavirus testi pozitiv nəticə verib, 14 636 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci (44 716 585), ikinci (33 779 933) və üçüncü (6 018 463) mərhələ də daxil olmaqla 85 564 637 peyvənd tətbiq edilib.