Bakıda mənzildə meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1953-cü il təvəllüdlü Aqafanov Aleksandr Fyodoroviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.