Taliban nəzarətində olan Əfqanıstanda xaos yaşanır. Bir tərəfdən ölkədən qaçmaq istəyən vətəndaşlar hava limanına axışır və izdiham yaradır, digər tərəfdən isə Taliban yeni bir nizam qurmaq üçün səylərini davam etdirir.

Unikal.org xəbər verir ki,  Taliban dünyaya mülayim mesajlar verərək vəziyyəti yumşaltmağa çalışsa da, dörd komandirin bir stadionda minlərlə adamın gözü qarşısında asılması xəbəri ilə gündəmə səbəb olub.

Bununla yanaşı Taliban əyalətlərdə Əfqanıstan bayrağını endirərək, yerinə  Taliban bayrağını asıb.  Nangarhar əyalətində Taliban bayrağına qarşı etiraz aksiyası keçirilib. Belə  ki, əfqanlar əyalətdə küçələrə axışaraq,  etiraz ediblər.  Taliban dəstələri  qısa zamanda etirazın qarşısını  alıb. 

Gülayə  Mecid