Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə rayonun Xətai kəndində qeydə alınıb.

1987-ci il təvəllüdlü Bədəlov Pərviz Zakir oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstənin yaralarına tikiş qoyulub, onun vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, Pərviz Bədəlovu qaynı bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.