“Lazım gələrsə, “Taliban” tərəfindən qurulacaq hökumətlə görüşüb, ortaq mövzularımızı danışacağıq”

Unikal.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, əsas məqsəd Əfqanıstanın sabitliyi və təhlükəsizliyidir.

Ərdoğan hazırda Türkiyədə qanunsuz miqrantlarla bağlı narahatlıqların yaşadığını vurğulayıb.

 “Türkiyədə 180 mini qeydiyyatdan keçmiş, 120 mini qanunsuz miqrant olan əfqanıstanlı var. Son 3 ildə ki, tutulan qanunsuz miqrantların yarısı əfqanıstanlıdır. Ölkəmizin 1 milyon əfqanıstanlı qəbul etdiyi haqqında yayılan məlumatlar yalandır”, - deyə Türkiyə Prezidenti qeyd edib.