İranın şimal-qərbində zəlzələ baş verib.

Unikal.org xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) məlumat yayıb.

Yeraltı təkan Rixter şkalası ilə 3,9 balla qiymətləndirilib.

Episentri Qərbi Azərbaycan əyalətinin Xoy şəhərinin 48 kilometrliyində yerləşən zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində yerləşib.

Fəsadlar barədə məlumat verilməyib.