"Əgər Covid-19 pasportu ilə hər yerə getmək olarsa, niyə teatrlara, kinoteatrlara həmin pasportla getmək olmaz?".

Unikal.org  xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli sosial şəbəkədə yazıb. Aktrisa teatr və kinoteatrların açılmamasına etiraz bildirib.

S.İsgəndərli aktyor Vüsal Murtuzəliyevin "Bir daha sübut edirlər ki, teatr və kino bizim üçün ən axırıncı yerdə olan məsələdir" şərhinə "Suala verilən etinasız cavabdan məlum oldu" reaksiyasını verib.

Sənətçi "Bezdik, sözün əsl mənasında" deyə, sözlərinə əlavə edib.