Qanunsuz meşə materiallarının axşam saatlarında “Mercedes-Benz” markalı avtomobillə Bakıya daşınması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat əsasında nəzarət tədbirləri keçirilib.

Xidmət rəsmisi Vaqif Cavadov Unikal.org-a açıqlamasında bildirib ki, keçirilən nəzarət tədbirləri zamanı “Mercedes-Benz” markalı 99-SH-688 dövlət nömrə nişanlı avtomobildə meşə materialının daşındığına şübhələr yarandığından Yol Patrul Xidmətinin əməkdaşlarına məlumat verilib:

"Binəqədi rayonu ərazisində avtomobil saxlanılaraq yük yerinə baxış keçirilib. Baxış zamanı qanunsuz yolla əldə edilmiş 16 m3 həcmində işlik meşə materialı aşkar edilib. Hazırda faktla bağlı araşdırma aparılır”.

Seymur Əli