İngiltərənin Xarici İşlər Naziri Dominik Raaba, "Taliban"ın Kabulu ələ keçirməzdən əvvəl Əfqanıstanlı həmkarına zəng etməsi tövsiyə edilsə də o, telefon danışığı etməyib.

Unikal.org xəbər verir ki, İngiltərə XİN rəhbəri buna görə günahkar hesab edilir. Belə ki, Əfqanıstanda hazırkı böhrana səbəb kimi Raabanın əfqanıstanlı həmkarına zəng etməməsi göstərilib. 

Hazırda etirazçılar XİN rəhbərinin istefasını tələb edir.
 
"O vaxt Yunanıstanın Krit adasında tətil edən Raabla əlaqə qurmaq mümkün olmadı. Amma onun birbaşa zəng etməsi vacib idi. Bu səbəbdən Raabın köməkçisi Hənif Atmarla görüşmək istədi. Əfqanıstan Xarici İşlər Nazirliyi isə nazir müavini ilə telefon danışığını qəbul etmədi və danışğı növbəti günə ertələdi", - deyə rəsmi məlumatlarda qeyd olunub. 

Ağarza Elçinoğlu