Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, hadisə rayonun Dəliməmədli şəhərində qeydə alınıb.
Hərəkətə olan "VAZ 2107" markalı minik maşını qoşqulu traktora çırpılıb. Qəza zamanı “VAZ”-in sürücüsü xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.