Əfqanıstanın “TOLO News” kanalının müxbiri Ziyar Yaad və operatoru paytaxt ətrafında çəkiliş edən zaman taliblər tərəfindən döyülüblər.

Unikal.org  xəbər verir ki, “Taliban” yaraqlıları jurnalistlərin mobil telefonlarını və kamerasını alıb.

Onlar Kabilin ətrafında yoxsulluq və işsizliklə bağlı çəkiliş aparırmışlar. Taliblər Z.Yaad və həmkarına silahları ilə zərbələr endiriblər.