Türkiyənin Konya şəhəri  yolunda partlayıcı dolu yük maşınının toqquşması digər nəqliyyat vasitələri ilə toqquşması nəticəsində 6 nəfər həlak olub. 

Unikal.org xəbər verir ki, hadisə nəticəsində yaralananlar ən yaxın xəstəxanaya - Konya şəhər xəstəxanasına çatdırılıb.

Bildirilib ki, Konya-Aksaray magistral yolunun 60-cı kilometrində, əks istiqamətdən gələn 38 AFA 498 nömrəli yük maşını digər vasitələrə çırpılıb. Hadisə yerinə çox sayda yanğınsöndürən, sağlamlıq və polis qrupları cəlb edilib.

Avtobusda olan 6 nəfərin öldüyü, yük maşınının sürücüsü və Pikap markalı avtomaşındakı 1 nəfər yaralandığı qeyd olunub. 

Ağarza Elçinoğlu