Sərnişin avtobusu ilə polis maşını arasında qalan polis əməkdaşı yaralanaraq xəstəxanaya yerləşdirilib. 

Unikal.org xəbər verir ki,  hadisə Kocaəlinin Gebze rayonundakı şəhərlərarası avtobus terminalında meydana gəlib. Belə ki,  avtobus sürücüsü polisi görməyib. Bu zaman polis avtomobili ilə avtobus arasında qalan şəxsin  köməyinə ətrafdakı insanlar çatıb.  

Polis  əməkdaşı xilas edilərək,  xəstəxanaya yerləşdirilib.  Həmin anlar isə anbaan təhlükəsizlik kameralarına əks olunub.