Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosu yeni tədris ilində məktəblərin açıq qalması üçün zəruri tədbirləri görməyə çağırıb.

Unikal.org xəbər verir ki, bunu sözügedən büronun direktoru Hans Klüge deyib.

O bildirib ki, yaxın həftələrdə Avropa ölkələrində milyonlarla uşaq məktəblərə qayıdacağı üçün təhlükəsizliyin təmin olunması ilə bağlı ÜST-ün Avropa regional bürosu, eləcə də UNICEF lazımi tədbirlər görməlidir.

H.Klügenin sözlərinə görə, zəruri tədbirlər sırasında müəllimlərin və digər işçilərin, eləcə də 12 yaşdan yuxarı şagirdlərin vaksinasiyası vacibdir. 

ÜST rəsmisi əlavə edib ki, məktəblərin bağlı qalması şagirdlərin davamiyyətini azaldır, uşaqların təhsili atacağı ehtimalını yüksəldir, həm də onların psixi sağlamlığına ciddi təsir göstərir.

Ağarza Elçinoğlu