Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatına qarşı əməliyyat keçirib.

Unikal.org  xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında məlumat yayılıb.

Əməliyyat zamanı “Atak” helikopteri ilə PKK terror təşkilarının 2 üzvü zərərsizləşdirilib. Ümumilikdə bu gün zərərsizləşdirilən terrorçuların sayı 12-yə çatıb.