Daxili işlər orqanlarında yeni kadr təyinatları olub.

Unikal.org “Report"-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) rəisi Eldar İlyasov vəzifəsindən azad edilərək, Qusar Rayon Polis Şöbəsinə (RPŞ) rəis, Səbail RPİ-nin rəisi Cavid Muradov vəzifəsindən azad olunaraq, Sabunçu RPİ-nə rəis təyin edilib.

Bundan başqa, Samux RPŞ-nin rəisi Polad Qarayev vəzifəsindən azad edilərək, Cəlilabad RPŞ-nə rəis təyin olunub.

Qeyd edək ki, Cavid Muradov "Azərxalça"nın həbs edilən sabiq sədri Vidadi Muradovun oğludur.