Bu gün Modern.az Xəbər Agentliyinin fəaliyyətə başlamasının 12 ili tamam olur.

Unikal.org xəbər verir ki, Modern.az portalı 2009-cu il sentyabrın 1-də yaradılıb.  Hazırda Azərbaycanın onlayn media məkanında sayılıb-seçilən informasiya agentliklərindən biridir.

Fərqli təqdimatları, özünəməxsus layihələri, müsahibə və araşdırmaları ilə populyarlıq qazanan portal həm də gündəlik və operativ xəbər istehsalı ilə məşğuldur.

Xəbər agentliyinin təsisçisi və baş direktoru Elşad Eyvazlıdır.