Kür çayının Mingəçevir şəhərindən keçən hissəsinə məişət tullantılarının atılması ilə bağlı mətbuatda yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yerli qurumunun əməkdaşları tərəfindən araşdırılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Unikal.org-a bildirib ki, əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb:

"Çayın üzərindəki tullantılar əməkdaşlarımızın nəzarəti altında Mingəçevir Kommunal Müəssisələri Kombinatının işçiləri tərəfindən təmizlənib. Gələcəkdə belə hallara yol verilməməsi məqsədilə Kombinata məcburi göstəriş verilib”.

Seymur Əli