Əfqanıstanın Pəncşir əyalətində “Taliban”la toqquşmalar gecə saat 2-dən etibarən davam edir. Müqavimət Cəbhəsi tərəfindən təsdiqlənmiş itkilər var.

Unikal.org  xəbər verir ki, bu barədə “Sputnik Əfqanıstan” məlumat yayıb.

Qeyd olunub ki, ölən və yaralananların sayı dəqiqləşdirilməyib. İlkin hesablamalara görə, “Taliban” fəal şəkildə artilleriyadan istifadə edir. Həmçinin, qarşıdurmalar zamanı təxminən 350 yaraqlı öldürülüb.

Əyalətdə internet bağlantısı yenidən kəsilib. “Taliban” Pəncşiri tamamilə mühasirəyə alındığını və dörd bölgədə döyüşlərin getdiyini bəyan edib.

Daha əvvəl "Taliban" nümayəndəsi Əmir Xan Mottaki, müqavimət qüvvələri ilə danışıqların uğursuz olduğunu söyləyib. Buna səbəb kimi müqavimət qüvvələrinin lideri Əhməd Məsudun qeyri-real tələblərini göstərib. Lakin silahlı toqquşma fonunda belə, "Taliban"ın danışıqlara qayıtmağa hazır olduğunu açıqlayıb.