Bu gündən sentyabrın 6-sı saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Unikal.org xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 4 sentyabr saat 00:00-dan 6 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliteni fəaliyyət göstərməyəcək.