Əfqanıstanda hakimiyyəti “Taliban” qruplaşmasının ələ keçirməsindən sonra müvəqqəti olaraq fəaliyyəti dayandırılmış Həmid Kərzay Beynəlxalq Hava Limanı fəaliyyətini bərpa edib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə Qətərin Kabildəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, artıq Kabildən 2 daxili aviareys – Məzari-Şərif və Qəndəhara gedən reyslər həyata keçirilib.