İraqın Kərkük şəhərində İŞİD terror təşkilatı İraq Federal Polisinin müşahidə məntəqəsinə hücum edib.

Unikal.org xəbər verir ki, bu barədə Kərkük Polis İdarəsi məlumat yayıb.

Bildirilib ki, nəticədə iki polis həyatını itirib. Əraziyə yollanan hərbi maşınların keçdiyi yola qoyulan bombaların partladılması nəticəsində daha 10 polis həlak olub.

Terror hücumundan sonra bölgədə genişmiqyaslı əməliyyat başladılıb.