Türkiyənin Kocaeli bələdiyyəsinin Derince bölgəsində, 17 nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, "D100" magistralında baş verən qəzaya yağışın səbəb olduğu  sürüşmə yol açıb. Qəzadan sonra yol bağlanıb. 

Bildirilib ki, digər 16 avtomobil, sürüşmədən sonra yolda əks istiqamətə çevrilən mikroavtobusa çırpılıb. 

Hadisə nəticəsində 4 nəfərin yaralandığı bildirilib. 

Ağarza Elçinoğlu