Ermənistanın sabiq  prezidenti  Serj Sarkisyan vəkil Xaçatur Sukiasyanı məhkəməyə verəcək. 

Unikal.org  xəbər verir ki,  bu barədə Sarkisyanın  vəkili Amram Makinyan "Facebook" səhifəsində məlumat yayıb.

"Bu gün Milli Məclisində millət vəkili Xaçatur Sukiasyanın Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın nüfuzuna xələl gətirən açıq-aşkar böhtan xarakterli məlumatların təkzib edilməsi tələbi ilə bir iddia hazırlayıram".

Qeyd edək ki,  Milli Məclisin iclasında çıxış edən Xaçatur Sukiasyan,  “Serj Sarkisyan kazinolarda 100 milyon dollardan çox pul xərcləyib", - deyə ifadə işlədib.  Bundan sonra Sarkisyan  deputatı məhkəməyə  verəcəyini  bildirib. 

Gülayə  Mecid