ABŞ-ın sabiq prezidenti Donald Tramp 2024-cü ildə  keçiriləcək prezident seçkilərinə  yenidən namizədliyini  irəli sürəcək. 

Unikal.org CNN-ə istinadən xəbər verir ki, bununla bağlı xəbərlər Amerika mediasında gündəm yaradıb.  Diqqətçəkən başqa bir məqam isə Trampın həyat yoldaşı Melaniya Trampdan gəlib.  Belə  ki, 2024-cü il seçkilərinə hazırlaşan və "sürprizlərə hazır olun" mesajını verən Trampın bu açıqlamalarına baxmayaraq, Melaniya Tramp "Yenidən birinci xanım olmaq arzum yoxdur", - deyə  ifadə işlədib.

CNN-də yer alan xəbərlərə görə, Melaniya Tramp seçki mitinqlərinə və bu prosesə yenidən girmək istəmədiyini açıq şəkildə bildirib. 

Gülayə  Mecid